“Nizami Gəncəvi heç vaxt İran şairi ola bilməz” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“İran təəssüf ki, özünün anti-azərbaycan ampulasından çıxmaq istəmir və müxtəlif yollarla Azərbaycan şairi Nizami Gəncəvini də özününküləşdirməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar İranda Nizami Gəncəvinin anım tədbirlərinə start verilib və hətta Gəncənin də İrana məxsus olduğu bildirilir: “Yəni, İran hesab edir ki, Nizami Gəncəvinin əsərlərinin bir hissəsi farsca yazıldığından fars şairi olmalıdır. Onda belə çıxır ki, rus, ingilis və ya digər dillərdə əsərlər yazan şair və yazıçılar ancaq o xalqlara aiddir?! Məsələn, Çingiz Abdullayev əsərlərinin əksəriyyətini rus dilində yazır. Onda İranın baxışları ilə yanaşsaq ruslar Çingiz Abdullayevi özününkü hesab etməlidirlər?! İranın məntiqi və təfəkkürü tamamilə yanlışdır və belə açıqlamalarla beynəlxalq ictimaiyyəti özünə güldürür”.
Deputat sözlərinə belə davam edib: “X Bakı Qlobal Formunda Prezident cənab İlham Əliyevin çıxışında İrana yetərli cavab vermiş oldu. Belə ki, ölkə başçımız qeyd etdi: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır”.
Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlət başçısı qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də Azərbaycanın dahi şairin adını daşıyır və qlobal problemlərin həlli yolları Bakıda müzakirə etməklə yeni dünya nizamının formalaşmasına töhfələr verir. Nizami Gəncəvi heç vaxt İran şairi ola bilməz. Hətta bu gün İran əhalisinin 40%-ni təşkil edən azərbaycanlıların yaşadığı ərazilər də Azərbaycanın cənub torpaqlarıdır. İran anti-azərbaycan siyasətinə davam etməklə öz daxilində gedən parçalanmanı sürətləndirməyə implus vermiş olur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB