“Ermənilər hansı üzlə bizimlə sülh müqaviləsi bağlayacaq?!” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənilər hansı üzlə bizimlə sülh müqaviləsi bağlayacaq?!” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada yallı gedəndə mən açıqlama vermişdim ki, “Qoy, o yallısını getsin. Biz orada cəngi oynayacağıq”. Bir çox insanlar bunu anlamamışdı. Biz Azərbaycan torpaqlarını işğaldan azad etdik və orada cəngi oynadıq. İndi müharibədən sonra deyirik ki, bu təxribatlara son qoymaq lazımdır. Sülhə hazırlaşan ölkə heç vaxt təxribat etməməli, mina basdırmamalı və xəritəni gizlətməməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Rauf Zeyni sözlərinə belə davam edib: “Əsgər və zabitlərimə güllə atan ölkə sabah hansı üzlə gəlib bizimlə görüşəcək, yaxud sülh müqaviləsi bağlayacaq. Bu ölkənin idarə olunmaması deməkdir. Deməli, ölkə kimlərsə tərəfindən idarə olunur. Bu əvvəla beynəlxalq hüquqlara ziddir və böyük bir alçaqlıqdır. Onlar mənfurluqlarını davam etdirmək istəyirlər. Onlarla hər hansı bir formada danışıq effekt vermir. Gərək onları öz metodları ilə cəzalandırasan.

Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “ermənilər unutmasın ki, Dəmir Yumruq yerindədir”. Mən düşünürəm ki, onların layiqli cavabı hər zaman veriləcək. Münxen Təhlükəsizlik Konfransında demokrat kimi danışıb, sonra gəlib burada terrorla məşğul olmaq lazım deyil. Bunlar bir araya sığmır. Sən ya işğalçısan, ya da onun əleyhinəsən. Biz bunun hansı birini başa düşək?! Anlamaq olmur və aradakı dialoq pozulur. Bu halda Azərbaycana yalnız öz hərbi gücü ilə problemlərini həll etmək yolu qalır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə