...Qarabağda yaşayan azsaylı erməni əhalisi Rusiya sülhməramlı kontingentini müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində iğtişaşlara təhrik edir.
SİA-nın əldə etdiyi məlumata görə, erməni separatçılarının narazı qaldıqları sülhməramlıların fəaliyyətidir.
Belə ki, ermənilər sülhməramlılara qarşı iddialarını yüksək tonda bildirir və əslində isə onları münaqişəyə təhrik edirlər.
Məsələn, bu günlərdə “vestikavkaza.ru” saytının yayımladığı videoların birində ermənilərin rusiyalı sülhməramlılardan öz vəzifələrini yerinə yetirməyi tələb edir. Cavabında rus əsgəri hər gün separatçı ermənilərə maneəsiz ərzaq çatdırdıqlarını ona xatırladır.
Hazırda separatçılar komandir Andrey Volkovla görüş tələb edirlər.
Xatırladaq ki, martın 5-də Azərbaycan hərbçiləri dolama yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına silah və sursatların daşınmasının qarşısını alıblar. Cinayətkarların avtomobilini saxlamaq istəyərkən ermənilər atəş açıblar.
Münaqişə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi həlak olub, biri yaralanıb. Erməniulərdən isə üçü ölüb, bir diversant isə yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB