"Ombudsmanın hesabatı ilə tanış olduqda görürük ki, qurum çox yaxşı fəaliyyət göstərib, operativ işləyib və vətəndaş məmnunluğu təmin edilib. Ombudsman vətəndaşların etbarını qazanıb. Vətəndaşların problemlərinin həlli qurumun öz işini uğurlu aparmasından irəli gəlir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslərin problemlərinin həllində problemlər hələ də qalıb: "Onlara şablon cavablar verilir və əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir. Bu da bir sıra insanların hüquqlarının pozulması deməkdir. Bu insanların əlillik dərəcəsi niyə müvafiq orqanlar tərəfindən qiymətləndirilmir və insanlar incidilir?!".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB