Ceyhun Bayramov və Sergey Lavrovun iştirakı ilə plenar iclas keçirilir - YENİLƏNİR - FOTOLAR
Fevralın 28-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAES) "XXI əsrdə Rusiya- Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" mövzusunda üçüncü iclası keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr olunmuş tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil olunub.
Plenar iclasda Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov, həmçinin tədbirin təşkilatçıları- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB