Azərbaycanla-Rumıniya arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI

“Azərbaycan və Rumıniya münasibətləri hər zaman yüksək səviyyədə olub. Xüsusi ilə Şərqi Avropa ölkələri arasında Rumıniya dövləti Azərbaycanla münasibətlərinə görə birinci yerdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov danışıb.

Onun sözlərinə görə, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Rumıniyaya səfərlər edib və eyni zamanda Rumıniya Prezidentinin də Azərbaycana səfərləri baş tutub: “Azərbaycanla Rumıniya arasında olan ikitərəfli ticari və siyasi əlaqələr yüksək səviyyədədir. Bu iki dövlət daima beynəlxalq müstəvilərdə bir-birlərinə dəstək olublar. Bu münasibətlərin daha da inkişaf etdirilməsi günün tələblərindən biridir. Rumıniyanın enerji sahəsində Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi hər iki dövlətə xeyir verəcək. Azərbaycan Rumıniya münasibətlərinin yaxşı olmasından bütün Avropa ölkələri faydalanacaq. Mən hesab edirəm ki, indiki səfər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinə istiqamətləndirilib. Həmçinin bu eyni zamanda ticari və iqtisadi münasibətlərin inkişafına da öz töhfəsini verəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə