İranın terrorçu əməlləri nə zaman qiymətləndiriləcək? - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Belə görünür ki, İran bu cinayətin üstünü açmamaqla və buna aydınlıq gətirməməklə Azərbaycanla gərgin münasibətlərin qalmasında maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın açıq seçim etdiyi göz qabağındadır, İran Ermənistana dəstəyini göstərir və Ermənistanın bölgədə pozuculuq fəaliyyətinə maliyyə və hərbi dəstək göstərir: “Tehran məqsədli şəkildə Azərbaycanla münasibətlərin belə düşmənçilik səviyyəsinə çatması üçün bu cinayətin açılmasında hərəkətsizlik göstərir, elə bir ovqat yaradır ki, bu Cənubi Azərbaycanlıların ölkəmizə qarşı münasibətinə də təsir göstərsin”.
Vüqar Əhmədov sözlərinə belə davam edib: “İran tək bu gün deyil, müstəqilliyimizin ilk illərindən Azərbaycana qarşı daima iş aparıb, Ermənistanın Azərbaycan əleyhinə işğalçılıq siyasətinə dəstək verib, indi isə ölkəmizin güclənməsini, Türk Dünyası ilə yaxınlaşmasını və öz torpaqlarını işğaldan azad etməsini həzm edə bilmir. Bütün bunlar bir daha İranın əsl mahiyyətini göstərir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB