Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. SİA xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Məlumata görə, 5 minik və 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB