"Şəhid ailələri bu murdar niyyətə cəlb edilir" - BƏHRUZ MƏHƏRRƏMOV
"Azərbaycanda istənilən şəxsin hakimiyyəti tənqid edib məsuliyyətə cəlb edilməməli olduğu ilə bağlı fikir formalaşıb". SİA xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili məhkəmələrin şantaj edildiyini vurğulayıb: "Bütün dünyada belədir ki, hamı qanun, məhkəmə qarşısında bərabərdir. İclas öncəsi məhkəmələr qarşısında aksiyalar keçirilir ki, onların siyasi şüarları yerinə yetirilsin. Şəhid ailələri bu murdar niyyətə cəlb edilir. Məhkəməni aclıq, susuzluqla tənqid edirlər, amma norma göstərə bilmirlər ki, məhkəmə qaydalara uyğun qərar verməyib. Məhkəmə qərarlarını icazəsiz aksiyalarda yox, yuxarı məhkəmələrdə mübahisələndirmək olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB