""Ana harayı" abidəsi rəsmi protokolla ziyarət olunsun" - ELMAN MƏMMƏDOV

"Bakıda Xətai rayonunda Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidəsi var. Xahişim odur ki, həmin abidənin ziyarəti rəsmi protokala daxil edilsin". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda səfərdə olan xarici ölkə nümayəndəliklərinin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülsün: "Gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Ancaq bir soyqırım abidəsi var və onun da ziyarət olunması məqəsədə uyğundur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə