"Xarici jurnalistlər Ağdamı Azərbaycanın Xirosiması adlandırdılar" - POLİTOLOQ DANIŞDI
“30 il ərzində Azərbaycan torpaqlarının 20 faizindən çoxu düşmən tapdağı altında olub və həmin ərazilər erməni vandalları tərəfindən darmadağın edilib. Baş tutan dağıntılar zamanı iranlılar da binaların tikinti materiallarını daşıyıb, apardılar. Bu da İranla Ermənistanın yaxınlığını göstərən faktlardan biridir. Erməni faşistləri torpaqlarımızı talan etdilər, evlərimizi dağıtdılar, Azərbaycanın 67 məscidindən 65-ni darmadağın etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, xarici jurnalistlər həmin ərazilərdə olarkən Ağdamı Azərbaycanın Xirosiması adlandırdılar: “Çünki ermənilər Ağdam şəhərini viran qoymuşdular, sanki bu əraziyə atom bombası atılmışdı. Burada çəkilən fotoşəkillərin hər biri dünya mətbuatında yayıldı və ermənilər pislənildi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk növbədə cənab Prezident tərəfindən həmin ərazilərə səlahiyyətli nümayəndələr təyin olundu. Həmin ərazilərin yenidən qurulması və bərpa olunması üçün fəaliyyətə başlanıldı. İlk olaraq Ağalı kəndində ağıllı kənd salındı və buraya 200 ailə köçürüldü. Bu cür kəndlərin salınması prosesi davam edir.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində də böyük quruculuq və bərpa işlərinə başlanılıb. Bu işlərin həyata keçirilməsində Azərbaycanla yanaşı, qardaş Türkiyənin də bir çox böyük şirkətləri iştirak edir. Bu işlərin həyata keçirilməsi üçün cənab Prezident gecə-gündüz çalışır, tez-tez rayonlara səfər edir. Buna görə də güman edirəm ki, biz işğaldan azad edilmiş ərazilərimizi qısa zaman ərzində bərpa edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB