Laçın-Xankəndi yolu: Daha üç yük avtomobili ərazidən sərbəst keçib

Laçın-Xankəndi yolu: Daha üç yük avtomobili ərazidən sərbəst keçib

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus üç avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iki yük avtomobilinin Laçından Xankəndiyə, birinin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 80-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə