“Yaşadığımız ağrıları heç bir təsəlli azaltmaz” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Türk xalqı zəhmətkeş və ağıllıdır. Çünki türk milləti milli birlik və həmrəyliklə çətinliklərin öhdəsindən gəlməyi bilir”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Onun sözlərinə görə, Türkiyəni dərin hüzn və dərdə boğan 10 şəhərimizdə yaşadığımız zəlzələ fəlakətində böyük bir qardaşlıq və həmrəylik nümunəsi ilə əl-ələ verib yaralarımızı sarımağa davam edirik: “Yaşadığımız möcüzələr taleyə inamımızın göstəricisidir. Dövlətimiz xalqımızla birlikdə ayaqda duraraq bütün dünyaya böyük mübarizə nümunəsi göstərdi”.
Hakan Aktürk sözlərinə belə davam edib: “Böyük türk millətinin hər cür çətinliyə qalib gələcək iradəsi və mənəviyyatı var. Zəlzələdə həyatını itirən hər bir insana Allahdan rəhmət və səbr diləyirəm. Qanayan yaramız bütün millətimizin yarasıdır və bu yara bizim qəlbimizdə yaşayacaq. Ölkəmizin bu ağrılı günündə bütün dünya dövlətlərinə, başda əsl qardaşımız Azərbaycan olmaqla, bütövlükdə bizimlə birlikdə bütün səyləri ilə zəlzələ dağıntıları araşdırmalarına qoşularaq dilindən, dinindən, məzhəbindən asılı olmayaraq bütün zəlzələ qurbanlarına yardım edənlərə təşəkkürümüzü bildiririk.
Türkiyə dövləti birlikdə böyük çətinliklərin öhdəsindən gəldi. Ürəyimdəki ağrı böyükdür və yaşadığımız ağrıları heç bir təsəlli azaltmaz. Rəbbim bizlərə kömək olsun”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB