20.02.2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Sədri, Gədəbəy rayon RİH başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayevin iştirakı ilə məzarı ziyarət olunub. Ziyarətçilər şəhidin ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Afət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB