Enerji təchizatının şaxələndirilməsi güclü strategiyanın müəyyənləşdirməsini zəruri edir ŞƏRH

Enerji təchizatının şaxələndirilməsi güclü strategiyanın müəyyənləşdirməsini zəruri edir ŞƏRH

Ölkəmizin "Enerji resurslarından istifadə haqqında” Qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasının enerji səmərəliliyi siyasəti 1996-cı ildə həyata keçirilməyə başlanılıb. Bu qanunda "enerji resurslarından səmərəli istifadə — texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” formasında müəyyənləşdirilib. Enerji ehtiyatlarının müasir dövrdə azalması, qiymətlərin dəyişkənliyi, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması məhz hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsinə zəruriyyət yaradır. Enerji səmərəliliyi enerjinin istehsalından istehlakına qədər olan bütün proseslərdə və mərhələlərdə təminatı dəstəklənməlidir. Qanunvericilik bazasının, standart və normaların mövcudluğu, maarifləndirmə və məlumatlandırma, proqram və hədəflərin, enerji səmərəliliyi alətlərinin tətbiqi, texnoloji yeniliklərə əlçatanlıq, müasir idarəetmə prinsiplərinin tətbiqi, təşviqedici mexanizmlər enerji səmərəliliyinin təmin edilməsi üçün əsas amillərdən biridir. Məlumat üçün, son iki il ərzində bu istiqamətdəki işlər Şərq Tərəfdaşlığı ölkələrinin enerji bazarlarındakı islahatların və dayanıqlı enerji siyasətinin xüsusi ilə də, formalaşdırılmasının dəstəyinə yönəlmiş EU4 Energy proqramı çərçivəsində icra edilir. Büdcəsi 21 milyon avro olan və 2020-ci ilə qədərki dövrü əhatə edən bu proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Beynəlxalq Enerji Xartiyası tərəfindən bu layihə çərçivəsində Azərbaycana uzunmüddətli Enerji Strategiyasının hazırlanmasında yaxından köməklik göstərilir. Bu sənəd, ölkənin 2016-cı ilindən olan Milli Yol xəritələrində əks olunmuş məlumat və öhdəliklərə əsaslanmalıdır. Azərbaycanın Enerji Strategiyasının hazırlanması ilkin mərhələdədir – sənədin texniki xırdalıqları əvvəlcədən razılaşdırılır, kiminlə və hansı müddət ərzində tərtib ediləcəyi, hansı üsullara, hansı dövrü əhatə edəcəyi və digər məsələlər geniş müzakirə olunur. Bakıda Azərbaycanın və Aİ-nın ekspert qruplarının üzvlərinin bu istiqamətdə aparılan işlərin çərçivəsində artıq bir neçə mühüm görüşü baş tutub. Qeyd edim ki, sonuncu dəfə belə bir görüş sentyabrda keçirilmişdir. Ölkəmiz üçün Enerji Strategiyasının hazırlanması üzrə texniki dəstək qrupunun rəhbəri, ekspert İlki Levinqtonun sözlərinə görə, Bakıda Avropa İttifaqı ölkələrinin enerji strategiyalarının bir neçə ən qabaqcıl nümunələrinin təqdimatı keçirilmişdir. Bu strategiyalar özünəməxsus üçbucağın–“enerji təchizatının etibarlılığı”, “energetika sektorunun dayanıqlığı” və “prosesin iqtisadi səmərəliliyi” farmatında qurulub. Azərbaycan Respublikası daxilində enerji səmərəliliyi üzərində mühüm və genişmiqyaslı böyük işlər aparılması enerji səmərəliyi siyasətinə olan diqqətin bariz nümunəsidir. Günü- gündən Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan sonra ölkəmizdəm daha çox qazın təchiz edilməsi məqsədilə əsaslı işlər görülür.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə