Azərbaycan-Rumıniya əlaqələri strateji əhəmiyyət daşıyır ŞƏRH

Azərbaycan-Rumıniya əlaqələri strateji əhəmiyyət daşıyır ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis 2 fevral 2023-cü il tarixində mətbuata bəyanatla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı Rumıniyanın Prezidenti Klaus Yohannisi salamlayaraq onun ölkəmizə rəsmi səfərindən məmnun olduğunu bildirib və qeyd edib ki,ölkələr keçən ay Buxarestdə görüşüblər,indi isə Azərbaycanda görüşürlər. Bu, onu deməyə əsas veriri ki, iki ölkə arasında yüksək səviyyədə rəsmi dialoq var və müzakirə olunan məsələlər ölkələrimizin maraqlarına cavab verir.Cənab Prezident qeyd edib ki, ölkələrimiz uzun illərdir ki, əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Bugünkü müzakirə olunacaq məsələlər də strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin dediyinə əsasən, söyləmək olar ki, iki ölkə arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Ölkəmizin rəhbəri iki ölkə arasındakı ticari-iqtisadi sahələrdəki nəticələrdən də danışaraq bildirib ki, ticarət dövriyyəsi iki dəfədən çox artıb və ticarət dövriyyəmizin əsasını Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Bu barədə danışan Prezident İlham Əliyev hökumətlərarası komissiyanın fəaliyyətindən də söz açıb. Daha sonra cənab Prezident təkcə Rumıniya –Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində duran energetika sahəsindən danışıb.Prezident qeyd edib ki, uzun illərdir Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir.İndi isə əməkdaşlığımızın yeni mərhələsi başlayır.Biz Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalamışıq. Çıxışı zamanı Prezident İlham Əliyev iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurlu icrasından danışıb və bildirib ki, bununla Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmişdir.Cənab Prezident bunun sübutu kimi keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu göstərmişdir.Daha sonra ölkə rəhbəri fevralın 3-də ölkəmizdə keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimindən söz açmış bə bildirmişdir ki,Prezident Klaus Yohannis həmin mərasimdə iştirak edəcəkdir.Bu da tədbirin çox önəmli olduğundan xəbər veriri.Cənab Prezident qeyd etmişdir ki, Buxarestdəki görüş yaşıl enerji ilə bağlı olub və istiqamətdə mühüm addımlar atılmışdır.Yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Əlbəttə, bu çox strateji bir layihədir və bu layihə böyük sərmayə tələb edir. Bu layihə bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Cənab Prezident söyləmişdir ki, ümid edir ki,komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcəkdir. Prezident İlham Əliyev öz fikirlərini yekunlaşdıraraq qeyd etmişdir ki,biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox böyük addım atmış olduq. Bundan başqa digər sahələr də əhəmiyyət kəsb edə bilər, o cümlədən nəqliyyat sahəsi. Cənab Prezidentin sözlərinə görə, Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar var.

Bu olunan səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir. Azərbaycan-Rumıniya əməkdaşlığı strateji tərəfdaşlığa dair imzalanan iki sənədlə daha da möhkəmlənib. Hər iki ölkənin Prezidentləri ötən ay Buxarestdə, ötən həftə isə Bakıda görüşüb. Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə bir neçə gün öncəki rəsmi səfəri qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratdı. Azərbaycanla Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən danışsaq, deyə bilərik ki, buradakı dinamika artan xətt üzrə gedir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada uzun müddətdir fəaliyyət göstərir, onun burada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Ümumiyyətlə, dnünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Azərbaycan Prezidentinin Rumıniyaya səfəri zamanı təbii qazın bu ölkəyə çatdırılmasına dair saziş imzalanıb. Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır, Azərbaycan qazı Rumıniyanın imkanları ilə digər Avropa ölkələrinə nəql ediləcək və bu, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi olacaq. Rumıniya Prezidentinin Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirakı da elə bu məqsədə xidmət edirdi. Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, Azərbaycan digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini də uğurla icra etdi; Avropa İttifaqı üçün yenidən etibarlı enerji tərəfdaşına çevrildi. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumunu imzaladı və bu, o deməkdir ki, Avropa məkanına qaz ixracatı sürətlə artır, ölkəmiz enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə