Əli Əsədovla Fuat Oktay arasında telefon danışığı olub

Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanların tezliklə şəfa tapmaları arzu edilib.

F.Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə