Azərbaycan-Rumıniya münasibətləri strateji əhəmiyyətə malikdir ŞƏRH
Azərbaycan Respublikası və Rumıniya Respublikaları arasında diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur. Qeyd edim ki, Rumıniya ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 2 fevral tarixində Rumıniya Respublikasının prezidenti Klaus Yohannisin Azərbaycanda rəsmi səfərdə olub. Prezidenti Klaus Yohannisin Azərbaycana etditi səfər bir sıra maraqlı məqamları ilə diqqət çəkdi. Fevralın 2-də Prezident İlham Əliyev və Prezident Klaus Yohannis mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçımız çıxışı zamanı ilk öncə Rumıniya dövlət başçısı Klaus Yohannisi Azərbaycanda görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan-Rumınıya ölkələri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını ölkələrimizin dostluq təməlinin möhkəm olması ilə əlaqələndirdi.Ölkələrimiz uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında yüksək inkişaf xətti üzrə dəvam etdirirlər. Azərbaycan- Rumınıya arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Səfər çərçivəsində həm müzakirə olunan və həm də həll edilmiş məsələlər doğrudan da iki ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edir. Siyasi əlaqələrin çox yüksək səviyyədə olması və qarşılıqlı səfərlər bunu bir daha nümayiş etdirir. Qeyd etməliyəm ki , iki ölkə arasında vacib ticari-iqtisadi sahələrdə də yüksək nəticələr var. Ticarət dövriy
əsi iki dəfədən çox artsa da, hələ ki, istənilən nəticə bizləri qane etmir. Ona görə ki , ticarət dövriyəsinin mühüm böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.
Azərbayca Respublikası ticarət dövriyəsinin geniş şaxələndirilməsi hədəflərinə nail olmaq üçün əlavə addımlar planı hazırlanır və bu planın həyata keçməsi üçün zəruri bütün addımlar atacaq.Hökumətlərarası komissiyanın fəaliyyəti də məhz bu məqsədə xidmət edəcək. Nəzərinizə çatdırım ki, hökumətlərarası komissiya cari ildə Bakıda, bu il isə Buxarestdə görüşəcək. Ölkələrimiz arasında, ticari-iqtisadi sahədə də gözlənilən yaxşı nəticələr edilə bilər.Nəzərə alsaq ki, son dövrlər Dünya gündəminin əsas mesələ mövzusu energetika sahəsidir. Azərbaycan ilə Rumıniya arasında energetika sahəsinin uzun tarixi var. Socar şirkəti artıq uzun illərdir ki Rumıniyada fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bildirdi ki, keçən ay Rumıniyada səfərdə olarkən təbii qazımızın Rumiyaya çatdırılması,oradan da Avropanın digər ünvanlarına nəql olunmasına dair müqavilə imzalanıb. Azərbaycan Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edib və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edildi.
Çıxışın yekununda Prezident Cənab İlham Əliyev iki ölkə arasında yaşıl enerji və nəqliyyat sahəsində də yaxın gələcəkdə əməkdaşlıq edilməsinə umidvar olduğunu bildirdi. Ruminiya Prezidenti Klaus Yohannis də eyni zamanda Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edərək, İlham Əliyevə minnətdarlığını bildirib. Klaus Yohannis həmçinin bidldirdi ki, Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir və ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və digər sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazırıq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB