“İlk yardım Azərbaycandan gəldi” - TÜRK JURNALİST HADİSƏ YERİNDƏN DANIŞDI

“Türkiyədə zəlzələnin intensivliyi və yer səthinə yaxın olması səbəbindən dağıntı və itkilər yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Analitik Güngör Yavuzaslan deyib.

O sözlərinə belə davam edib: “Səhər saatlarında baş verən güclü zəlzələ gecə yatan vətəndaşlarımızı qaçmağa fürsət tapmamış yaxaladı. Qeyd edim ki, xüsusilə köhnə tikililərin dağıldığını görürük. İtkilərin indiyədək elan ediləndən daha çox olduğu təxmin edilir”.

Türk jurnalistin sözlərinə görə, AFAD və Qızıl Aypara kimi yardım təşkilatları zəlzələ bölgəsində sürətlə işlərini davam etdirir: “İlk olaraq isə Azərbaycandan beynəlxalq yardım gəldi. Mərkəzləri Kahramanmaraş olan 10 vilayətdə baş verən fəlakət Türkiyə tarixinin ən böyük zəlzələlərindən biridir. TSK-nın axtarış-xilasetmə qrupları dərhal bölgədəki işlərə qoşulub.

Türkiyə tarixinin ən ağır günlərini yaşayır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə