“Azərbaycanın ürəyi Türkiyə ilə birlikdə döyünür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə növbəti dəfə dəhşətli bir zəlzələ ilə silkələnib. Bu hadisə bizi çox üzür və narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dost-qardaş ölkədir: “Hadisə baş verən kimi cənab Prezident İlham Əliyev Türkiyəyə başsağlığı verdi. Azərbaycan xalqı bununla bağlı öz kədərini türk qardaşları ilə bölüşdü”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan Türkiyəyə yardımla bağlı gərəkən bütün addımları atmağa hazırdır. Hazırda bu istiqamətdə işlər görülür.
Zəlzələnin miqyası çox böyükdür. Burada çox sayda insanın dünyasını dəyişməsindən söhbət gedir. Türk xalqı bir çox faciələr yaşayıb və onların öhdəsindən uğurla gəlib. Əminik ki, bunun da üstəsindən gələcək, faciənin mənfi təsirləri, zərərləri aradan qaldırılacaq, insanların təhlükəsizliyi yüksək səviyyədə dövlət tərəfindən təmin olunacaq.
Bu gün Azərbaycanın ürəyi Türkiyə ilə birlikdə döyünür. Biz hamımız eyni hisləri bölüşürük”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB