Abşeron rayonunda Gənclər Günü qeyd edilib FOTOLAR

Abşeron rayonunda “2 Fevral - Gənclər Günü” rayonun fəal gəncləri ilə birgə qeyd edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru, Bakı Mühəndislik Universitetinin rektoru, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətininin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixi “Gənclər Günü” elan edilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asuda vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq icra edilmişdir.

RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər dövlət idarəçiliyinə cəlb olunub, o cümlədən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradılmışdır.Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclər yetişmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda təlim-tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir. Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Gününün təsis edilməsindən 26 il ötür. 2022-ci il fevralın 2-də cənab Prezidentin bu münasibətlə keçirilən Forumda iştirak etməsi və gənclərin müxtəlif suallarını cavablandırması özlüyündə cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə olan xüsusi diqqət və qayğısından xəbər verdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Dövlətimizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər.

Qarabağ müharibəsindəki məğlubiyyət ölkədəki vəziyyəti hər ötən gün daha da pisləşdirirdi. Ümummilli Liderin xalqın təkidili tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyat öz axarına düşməyə başladı. Həmin dövrdə Ulu öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək gənclərə üz tutdu, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə xaricdə müxtəlif fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan destruktiv vasitələr kimi istifadə etsinlər. Lakin bu cür fikirdə olan dairələrin məkrli planları Azərbaycan gəncləri tərəfindən birmənalı olaraq rədd edilir. Biz bütün bunların Vətən müharibəsi günlərində canlı şahidi olduq. Azərbaycan gəncliyi Dəmir Yumruğun tərkib hissəsi olaraq öz sözünü dedi. Bir sözlə, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı və o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə olacaqdı. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.

Bir sözlə, Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.Bəli, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir. Əziz Gənclər birinizi birdaha Ən gözəl bayramınız münasibətilə ürəkdən təbrik edirəm. Sonra Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açmışlar. Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr verilmişdir. Bundan əlavə rayon gəncləri II Fəxri Xiyabanda, Xırdalan şəhər Şəhidlər Xiyabanında, o cümlədən rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər. Qeyd edək ki, “2 Fevral - Gənclər Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xirdalan şəhərindəki Mədəniyyət Mərkəzində “Müzəffər vətənin qəhrəman gəncliyi” mövzusunda da ədəbi-bədii tədbir keçirilmiş və rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə