Dövlət gənclər siyasəti uğurla icra olunur ŞƏRH

Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin ilk illərində respublikada mövcud olan qeyri-stabil ictimai-siyasi vəziyyət, o dövrdə hakimiyyətdə olan rəhbər şəxslərin dövlət idarəetmə sistemində peşəkarlıq səviyyələrinin aşağı olması və digər səbəblərdən cəmiyyətin avanqard qüvvəsi hesab edilən gənclərə yönəlik siyasət demək olar ki, diqqətdən kənarda qalmışdır.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı dövlət gənclər siyasətinə xüsusi önəm verdi və bu istiqamətdə qətiyyətli qərarlara imza atdı. Dünya miqyaslı siyasi xadim, təcrübəli dövlət adamı olan Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, gənclik müasir dövrün avanqard aparıcı qüvvəsi və eyni zamanda müstəqil dövlətin gələcəyinin etibarlı təminatçısıdır. Bunun üçün həm fiziki cəhətdən, həm də elmi və mənəvi dünyagörüşü baxımından sağlam gəncliyin yetişdirilməsi olduqca önəmlidir. Əgər bu olmazsa cəmiyyət sabitləşə və vahid qüvvəyə çevrilə bilməz. Dövlətin bu günkü ictimai-siyasi vəziyyətinin sabit, gələcək inkişafının davamlı olmasını istəyiriksə hökmən düzgün dövlət gənclər siyasəti müəyyənləşdirilməli və bu siyasət davamlı olaraq həyata keçirilməli idi. Məhz bu səbəbdən də Ulu Öndər Heydər Əliyev gənclərə yönəlik uğurlu dövlət siyasətini müəyyənləşdirdi və bu siyasətlə dövlət səviyyəsində məşğul olmaq üçün 1994cü ildə mərkəzi icra hakimiyyəti statusunda Gənclər və İdman Nazirliyinin yaradılması haqqında qərar qəbul etdi, qeyd olunan nazirlik qarşısında xüsusi tələblər qoydu və vəzifələr müəyyənləşdirdi. 02 fevral 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin özünün də iştrak etdiyi Azərbaycan Gənclərinin I Formu keçirildi. Forumda iştrak edən Ulu Öndər Heydər Əliyev çıxışında demişdi: “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz”, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda “Gənclər Günü” kimi rəsmləşdirildi və hər il “Gənclər Günü” olaraq qeyd edilir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasəti cənab Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra olduqca uğurla davam etdirildi. Gənclərin müasir dövrün tələblərinə uyğun istər fiziki, istər elmi, istərsə də mənəvi cəhətdən formalaşması üçün lazım olan bütün tədbirlər həyata keçirildi. Respublikanın bütün bölgələrində Olimpiya İdman Kompleksləri, digər idman zalları və meydançaları tikilib istifadəyə verildi. Vaxtaşırı olaraq müxtəlif məsələlərə aid tədbirlər keçirilməsi və Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında iştrakı təmin edildi.

Prezident İlham Əliyev müasir Azərbaycan gəncləri haqqında bunları deyir: “Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyasının bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq”.

Cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinə önəm verərək 2007-ci ili “Gənclər ili” elan etmişdir ki, bu da ölkə başçısının gənclər siyasətinə nə qədər yüksək əhəmiyyət verdiyinin təsdiqidir. Cənab Prezident İlham Əliyev müasir Azərbaycan gəncliyinin cəmiyyətdə mövqeyinin gücləndirilməsi, gənc nəslin potensialının üzə çıxarılması və onların ideyalarının reallaşdırılması məqsədilə 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə Gənclər Fondunu təsis etdi. Gənclər Fondu ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasına dövlət dəstəyini təmin etmək məqsədilə yaradıldı və müasir gəncliyin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrə təhsili üzrə Dövlət Proqramı” na əsasən 5000 azərbaycanlı gənclər dünyanın aparıcı ali məktəblərində təhsil almalarına şərait yaradıldı ki, bunun hesabına müasir dövrün tələblərinə cavab verən mütəxəssizlər yetişdirildi və həmin gənclər bu gün dövlətin ayrı- ayrı qurumlarında uğurla fəaliyyət göstərirlər. 02 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi ki, bu da müxtəlif sahələrdə fərqlənən, xüsusi istedada malik olan gənclərin mükafatlandırılması məqsədilə təsis edilmişdir və cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısının nümunələrindən biridir. Müasir Azərbaycan gəncliyinin xalqımız üçün qazandırdığı çoxsaylı uğurlar mövcuddur.

Minlərlə Azərbaycan gənci beynəlxalq səviyyəli idman yarışlarında ən yüksək nəaliyyətlər göstərərək Azərbaycan Bayrağını dünyanın müxtəlif dövlətlərində yüksəkliyə ucaltmış, mədəni irsimizi, musiqimizi, elmimizi dünya miqyasında tərənnüm etməyi bacarmlşlar. Ancaq müasir Azərbaycan gəncliyinin ən böyük nəaliyyəti 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı cəmi 44 günlük Vətən müharibəsində azad etmələridir. Prezident İlham Əliyev olduqca doğru olaraq öz çıxışlarında qeyd etmişdir ki, torpaqlarımızı işğaldan azad edən gənclərimiz o torpaqları görməmişdilər və onların əksəriyyəti mənim hakimiyyətim illərində formalaşmış, tərbiyyə olunmuş insanlardır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti sayəsində fiziki hazırlıqlı, müasir hərbi biliklərə yiyələnmiş və ən əsası vətənpərvər bir nəsil yetişdirildi və bu da xalqımıza möhtəşəm Qələbəni qazandırdı. Xalqımıza Qələbənin qazandırılması yolunda şəhid olanların müqəddəs ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm. Müasir, müstəqil Azərbaycan Respublikasının bu günkü səviyyəyə yüksəlməsində müstəsna yeri və rolu olan Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayı olduqca çoxdur və bu bizim siyasi partiya olaraq gələcəyimizin etibarlı təminatçılarıdırlar. 2 fevral “Gənclər Günü” münasibəti ilə bütün gənclərimizi təbrik edir, hər birinə xoşbəxt, firəvan gələcək arzulayıram.

Gənclər Bayramınız Mübarək!..

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə