Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.1993-cü ildə Ümummilli Lder Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrində olduğu kimi, gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. 2 Fevral Gənclər Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident Cənab İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir:"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Məhz bu səbəbdən, dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", " Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar.Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda canlarını fəda edən, Prezident Cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və 30 illik vətən həsrətinə son qoyuldur.
MANSUR QULİYEV,
YAP Ağdam rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB