Ağcabədidə dəyirmi masa keçirilib ŞƏRH

“Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı və Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açmışdır. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların, həmçinin yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror nəticəsində şəhid olmuş Orxan Əsgərovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Nazim Bünyatov çıxışında bu tədbirin “Heydər Əliyev ili” çərçivəsində rayonda keçirilməyə başlayan silsilə tədbirlərdən biri olduğunu qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri barədə geniş məlumat vermiş, onun çoxsahəli fəaliyyətinin xalqımızın yaddaşında silinməz iz qoyduğunu vurğulamışdır. Dəyirmi masada Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədr müavini Yəhya Paşazadə, şair-publisist Adil Misirli, Ağcabədi rayon Gənclər və idman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mahir Səlimov, yazıçı- publisist Eldar Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zahid Eloğlu rayon ziyalısı Mahir Ağayev, əməkdar müəllimə, şairə Zəhra İbrahimova, gənc şairə Səadət Kamal, qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Pərioğullar kənd kitabxanasının müdiri Nubar Qasımova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən, onun yaradıcı insanlara qayğısından, xüsusilə Azərbaycan incəsənətinin və ədəbiyyatının inkişafında xüsusi xidmətləri barədə öz fikirlərini bölüşmüşlər.

Bütün xəbərlər Facebook səhifəmizdə