QDİƏT Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı bəyanat yayıb.
SİA xəbər verir ki, bəyanatda insidentin terror hücumu olduğu vurğulanıb və buna görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu qeyd olunub:
NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb
XİN: Aİ və digər beynəlxalq təşkilatların danılmaz faktlara əhəmiyyət verməməsi Ermənistanı cəsarətləndirib
Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulları etimadnamələrini XİN-ə təqdim edib
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi 2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə bir əməkdaşın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror hücumunu şiddətlə qınayır. Daimi Beynəlxalq Katiblik həlak olanın ailəsinə, Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara sürətlə sağalmalarını arzu edir.
Diplomatik missiyalara hücumlar tamamilə qəbuledilməzdir. Daimi Beynəlxalq Katiblik zorakılıq və terrorçuluğun istənilən təzahürünü rədd edir və bu terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edir”, - deyə bəyanatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB