Oman XİN törədilən terror aktı ilə bağlı bəyanat yayıb

Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyini hədəfə alan hücumu qəti şəkildə qınadığını bildirib və Oman Sultanlığının diplomatik missiyalara edilən hücumu, təhlükəsizlik və sabitliyi pozan hər hansı hərəkəti rədd edən qəti mövqeyini təsdiqləyib.

SİA məlumatına görə, Oman XİN, həmçinin hadisə qurbanının ailəsinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə