Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter“ səhifəsində paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

İsrail polisi hadisəni terror aktı adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə