Ağdamda şəhid Xalid Hassanın xatirəsi anılıb FOTOLAR

Ağdam rayonunda şəhid Xalid Mahmud oğlu Hassanın doğum günündə xatirəsi anılıb. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları Orxan Ələsgərli, Elmin Fətəliyev, eləcə də şəhidin ailə üzvləri, ərazi partiya təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri Vətən Müharibəsi şəhidi Xalid Hassanın doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, şəhidimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər, eyni zamanda şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Şəhidimizin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Xalid Hassan 2020-ci il noyabr ayının 4-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə