“Aİ-nin Ermənistana parol xidməti göndərilməsindən özəl maraqları var” AÇIQLAMA
“Aİ-nin Ermənistan sərhədlərinə mülki parol xidmətinin göndərilməsi ilə bağlı istəyi onun Ermənistanla suveren və ikitərəfli münasibətlərində aid olan bir məsələdir və şübhəsiz ki, qarşılıqlı maraqlara xidmət edir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, AB Cənubi Qafqaz bölgəsinin regional və geosiyasi səciyyə daşıyan əhəmiyyətindən çıxış edir, bölgənin logistika və tranzit imkanlarından çıxış edir: “Əlbəttə, AB Ermənistanı mövcud iqtisadi blokada vəziyyətindən çıxarmağa çalışır. Qərbdə Ermənistanın Gürcüstandan sonra Aİ-na inteqrasiya proseslərində oynaya biləcəyi imkanlar nəzərdən keçirilir, burada Qərb əvvəla Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmağa çalışır, onun bölgəyə təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Nəhayət, İranla həmsərhəd bölgədə özünün Təhlükəsizlik kəmərinin möhkəmlənməsinə çalışır. Paşinyanın Sorosçuların dəstəyi ilə iqtidara gəlməsindən çıxış edən Qərb bu missiyanın məhz Paşinyan komandasının vasitəsi ilə reallaşacağına ümid edir. Lakin Qərbdə bəlli dairələr unudurlar ki, bölgənin Qərbin təsir dairəsinə düşməsinin əleyhinə olanlar təkcə Rusiya və İran deyil, müəyyən mənada həm də Çindir. Bu mənada Qərb adıçəkilən tərəflərlə kontaktda işləməli, qarşılıqlı güzəştlərə getməyə hazır olmalıdır. Aİ bölgədə sülhü təminetmə işlərində təşəbbüsü ələ almağa, Rusiyanı bölgədaxili və ətrafında getməkdə olan proseslərdən kənarda tutmağa çalışır.
E.Manafov onu da bildirdi ki, Qərbin bölgədə dayanıqlı sülhü təmin etməklə bağlı məsələdə öz planlarını və əlbəttə, öz maraqları var: “İndi tərəflər Ukraynada yaşanan hadisələrin hansı sonluqla bitəcəyindən narahatdırlar. Bölgədə növbəti geosiyasi gedişlər də məhz bu qarşıdurmanın doğura biləcəyi reallıqlardan çıxış edərək atılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB