Sülhməramlılara aid beş avtomobil aksiya ərazisindən sərbəst keçib

Sülhməramlılara aid beş avtomobil aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl sülhməramlılara məxsus 5 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 61 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə