SÖZÜ İMZASI QƏDƏR QÜVVƏTLİ, DƏYƏRLİ LİDER ŞƏRH

SÖZÜ İMZASI QƏDƏR QÜVVƏTLİ, DƏYƏRLİ LİDER ŞƏRH

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 30 il həll olunmayan «Dağlıq Qarabağ» qondarma problemin «Dəmir yumruq» siyasəti ilə mümkünsüzü mümkün edən cəmi 44 gün bəs etdi ki, Qələbə Zəfərinə nail olduq. Məhz bu qələbə bir daha dostumuzu düşmənimizi sübut etdi və biz hər zaman dost ölkələrimizlə əməkdaşlıq edirik. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində işgüzar və məhsuldar səfər çərçivəsində Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Norveçin xarici işlər naziri Borge Brende, "Procter and Gamble Europe" şirkətinin Avropada satış və marketinq əməliyyatları üzrə prezidenti Gary Coombe, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti, forumunun icraçı sədri Klaus Schwab, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, Litva prezidenti Gitanas Nauseda ilə görüşlər keçirib. Və keçirilən bu görüşlər dünyanın Azərbaycana və Prezident İlham Əliyevin siyasətinə artan marağından xəbər verir.

Həmçinin, Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Həmçinin, dövlətimizin başçısı müsahibəsində bildirib ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.

"Bizim siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb"

Azərbaycanla Çin arasında formalaşmış möhkəm siyasi münasibətlərin, ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində də çox məhsuldar əməkdaşlığına zəmin yaratdığına toxunan Prezident, ölkələrimizin daima bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini yüksək qiymətləndirmiş, məhz möhkəm siyasi platforma üzərində qurulan iqtisadi əməkdaşlığın, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə etmişdir. Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib ki, bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu: "Bir kəmər, bir yol» sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi". Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər: "Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var". Azərbaycan Prezidenti onu da bildirib ki, bütün bu möhkəm münasibət saf əməkdaşlığa söykənir: "Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi əməkdaşlığı çətinləşdirir»,- deyən dövlətimizin başçısı bunun etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını qeyd edib: «Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub".

Dövlət başçımızın müsahibəsində diqqəti çəkən jurnalistin “Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır sualına ölkə Prezidentinin cavabını xalqımız, o cümlədən biz gənclər böyük qürur hissi keçiririk. Bu real faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişə, hər yerdə sözü imzası qədər qüvvətli və dəyərlidir. Elə müsahibə zamanı da Prezident İlham Əliyevin: «İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm” cavabı hər vədinin arxasında əməli fəaliyyətinin dayanmasının fonunda Azərbaycanın qazandığı uğurların təqdimatı oldu. Sözlə əməl birliyi ölkəmizin dayanıqlı inkişafında əsasdır. Cənab İlham Əliyev xalqımızın əldə etdiyi ən böyük nəticələrdən birinin işğal altındakı ərazilərimizin iki il əvvəl azad edilməsi olduğunu bildirdi. Bu, mühüm tarixi nailiyyətdir.

Və yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də bir daha bəyan etdi ki, verdiyim sözün arxasında olmuşam: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam".

Bəli, dövlət başçımızın söylədiyi kimi: «Sözüm imzam qədər qüvvətlidir!». Və bu gün son 19 illik prezidentlik dövründə İlham Əliyev verdiyi sözün arxasında dayanıb. Müsahibəsində dediyi kimi, verilən bütün sözlər yerinə yetirilib: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar..."Bir sözlə, bu günün reallıqları onu göstərir ki, qələbəmizdən ötən iki il ərzində həm siyasi, həm də iqtisadi baxımdan mühüm nailiyyətlərə imza atan - SÖZÜ İMZASI QƏDƏR QÜVVƏTLİ OLAN LİDER Prezident İlham Əliyevin müsahibəsində dediyi kimi: «Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət». Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə