YAP Nərimanov rayon təşkilatı Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyini qeyd edib FOTOLAR
25 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyi ilə əlaqədar əməkdaşların və gənclərin Azərbaycan Milli Tarix Muzeyinə və xeyriyyəçinin Ev Muzeyinə ekskursiyasını təşkil edib. Ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirdi ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verildi ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilib və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib. Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və b. yerlərdə aparılan qazıntı işləri Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu.
Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan YAP Nərimanov rayon təşkilatının əməkdaşlarına və gənclərə bildirildi ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzey ümumilikdə 9 otaqdan ibarətdir və xatirə muzeyinin ekspozisiyası H.Z.Tağıyevin iş kabinetindən başlayır. Qeyd edildi ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.
Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB