"Müəyyən yaşdan sonra qadın hərbçilərin müqavilələrinə xitam verilir" - JALƏ ƏHMƏDOVA

"Müəyyən yaşdan sonra qadın hərbçilərin müqavilələrinə xitam verilir" - JALƏ ƏHMƏDOVA

"Bildiyimiz kimi, müddətdən artıq xidmət edən hərbçilər var. Burada daha çox müraciətlər qadınlardan gəlir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, müəyyən yaşdan sonra qadın hərbçilərin müqavilələrinə xitam verilir: "Burada ciddi problemlər var. Xanımlar bundan əziyyət çəkirlər. 45-50 yaşında müqaviləyə xitam verilir və o başqa yerdə işlə təmin oluna bilmir. Yaş nəzərə alınmalıdır ki, sonra işsizlikdən əziyyət çəkilməsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə