“Növbəti altı ay ərzində döyüşlərin davam etməsi gözlənilir” - POLİTOLOQ DANIŞDI

“Növbəti altı ay ərzində döyüşlərin davam etməsi gözlənilir” - POLİTOLOQ DANIŞDI

“Hazırda Rusiya-Ukrayna müharibəsində döyüşlər yeni mərhələyə keçib. Müəyyən dərəcədə Rusiya tərəfi üstünlüyü ələ alıb. Bu isə Rusiyada səfərbərlik və aparılan digər struktur işlərinin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Ukraynaya hələ ki, öldürücü hücum silahları verilmir: “Müdafiə silahları verildiyinə görə isə Ukrayna əks hücum əməliyyatlarını yerinə yetirə bilmir, müdafiədə dayanmaqla Rusiyanın hücumlarını dəf etməklə kifayətlənir.

Ukrayna edilən yardım və köməklərdən sonra yenidən müharibəni əla ala və hücuma keçə bilər. Növbəti aylarda Rusiya-Ukrayna müharibəsi daha da aktiv fazaya keçəcək və döyüşlərin birbaşa Rusiyanın məğlubiyyəti ilə nəticələnməsi gözlənilir. Növbəti altı ay ərzində döyüşlərin davam etməsi gözlənilir” .

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə