“Üçtərəfli Bəyanat artıq öz əhəmiyyətini itirmiş olur” MÜNASİBƏT

“Üçtərəfli Bəyanat artıq öz əhəmiyyətini itirmiş olur” MÜNASİBƏT

“Avropa İttifaqının Ermənistan sərhədinə mülki patrol xidmətini gətirməklə bağlı qərara gəlməsi Praqa razılaşmasını heçə endirir. Avropa İttifaqı bu qərarla beynəlxalq hüquqa hörmətsizlik edərək Azərbaycana qarşı ikili standartlı münasibəti ortaya qoymuş oldu”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirdi.

A.Badamov bildirdi ki, Aİ-ın mülki missiyasının Azərbaycanın mövqeyi ilə hesablaşmadan Ermənistana uzunmüddətli gəlməsi regionda sülhün yaranmasına manedir: “Bu, həm də Ermənistanın Rusiyaya xəyanətin göstəricisidir. Çünki Rusiya Ermənistana hər zaman dayaq durmuşdu. O cümlədən Ermənistanın sərhədlərini Rusiya qoruyur, iqtisadiyyatı Rusiyanın dəstəyi ilə ayaqda saxlayır və ümumiyyətlə, bu günə qədər nəfəsi Rusiya ilə alır. Rusiyanın gücsüzləşdiyini hesab edərək imtina etməsi və dayaqlarını Qərbə yönəltməsi Ermənistanın Rusiyaya xəyanətidir. Hesab edirəm ki, Rusiya da öz növbəsində Ermənistana qarşı siyasətini dəyişəcəkdir. Bu da Ermənistanı daha da dalana sürükləyəcəkdir”.

“Avropa İttifaqının mülki patrol xidmətinin Ermənistan sərhədinə yerləşdirilməsi nəticə etibarilə Rusiya ilə Ermənistan arasında qarşıdurmaya gətirib çıxara bilərmi” sualına cavabında A.Badamov bildirdi ki, Avropa İttifaqının mülkü missiyasının Ermənistana gəlməsi Azərbaycanı da öz siyasətində dəyişikliyin edilməsinə vadar edəcək: “Çünki Ermənistanın da imza atdığı Üçtərəfli Bəyanat artıq öz əhəmiyyətini itirmiş hesab olunur və biz də Laçın-Xankəndi yolunun Ermənistanla birləşdiyi yerə təcili sərhəd və gömrük məntəqələrimizi qurmalıyıq. Bu da sülhməramlıların nəzarəti altında olduğu Qarabağın dağlıq ərazisinə gələcək və çıxacaq bütün daşımalara nəzarət etmək imkanı yaratmış olacaq. Ermənistan da Azərbaycanın ərazisinin bütövlüyünü tanıdığını bəyan edib və biz öz suveren ərazimizdə bütövlükdə nəzarətimizi təcili bərpa etməliyik. Hesab edirəm ki, Ermənistanla sərhəddə nəzarət gömrük məntəqəmizin yaratması ekoloqlarımızın narahatçılığını da həll etmiş olar və monitorinqlərimizin aparılmasına imkan yaradar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə