İran məktəblərində zorlanan oğlanlar – “İndependent” yazır ki... DƏHŞƏT!

İran məktəblərində zorlanan oğlanlar – “İndependent” yazır ki... DƏHŞƏT!

Və ya adını “İslam Respublikası” qoyan bir dövlətin rəsmi qurumu hadisənin baş verməsinin təfərrüatlarını araşdırması yerinə, həmin hadisənin “məktəbdən kənar” yerdə baş verdiyini iddia etməklə yaxasını kənara çəkir, yaxud dəhşətli və idbar cinayət faktının üzərindən rahatlıqla keçir!

Tehran rejiminin nəzarəti altındakı təhsil müəssisələrinin birində daha bir dəhşətli fakt üzə çıxıb. Bu barədə Böyük Britaniyanın “İndependent” nəşri yazır. Nəşrin apardığı araşdırmaları nəticəsində məlum olub ki, məktəblərin birində fəaliyyət göstərən bir kişi ən azı 15 ibtidai sinif oğlan uşağını zorladığını etiraf edib. Məhz həmin fakt üzə çıxandan sonra İran mediası da sözügedən mövzuya toxunub. Belə ki, Tehranda işıq üzü görən “Etamad” qəzetinin yazdığına görə, keçən həftə ölkənin cənub-qərb şəhərlərinin birində ibtidai sinifdə oxuyan “R” adlı məktəbli oğlanın sürücüsünün şagirdlərə ardıcıl cinsi təcavüz etdiyi barədə xəbərlər dərc olunmuşdu. Ancaq...

Özünü təmizə çıxarmaq cəhdləri də belə düşünməyə əsas verir...

Ancaq İran mediasına aid olan qəzet bu olayı hər vəchlə gizlətməyə və faktı tamamilə başqa səmtə yönəltməyə cəhd edib. Misal üçün, “Etamad” yazıb ki, “R” adlı şagirdin psixi və fiziki vəziyyəti ürəkaçan deyil və bu oğlan, hətta bir neçə dəfə intihara belə cəhd edib. Lakin bu belə olsa da, söz yox ki, həmin məktəbin müvafiq dairələri, eləcə də təhsil şöbəsi “xəstə” dedikləri şagirdin vəziyyətinə müqabil onun sağlamlığı haqqında düşünməli idi. Fəqət bu, heç də belə olmayıb və özünü təmizə çıxarmaq cəhdləri də belə düşünməyə əsas verir.

Məsələn, şəhərin təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr müdiri bu xəbərlə bağlı deyir: “Bu xəbərin təhsil şöbəsi ilə heç bir əlaqəsi yoxdur. Bu, məktəbin binasından kənarda baş verib” (?!).

Belə çıxır ki, adını “İslam Respublikası” qoyan bir dövlətin rəsmi qurumu hadisənin baş verməsinin təfərrüatlarını araşdırması yerinə, həmin hadisənin “məktəbdən kənar” yerdə baş verdiyini iddia etməklə yaxasını kənara çəkir, yaxud dəhşətli və idbar cinayət faktının üzərindən rahatlıqla keçir!

İranda bənzər olaylar yalnız məktəblərdə baş vermir, həm də dini hövzələrdə də həmin halların yaşanmasını əks etdirən faktlar olub

Tehran Bələdiyyəsi isə məktəb xidmətinin fəaliyyəti ilə bağlı deyir ki, məktəb xidməti Bələdiyyə nəqliyyat təşkilatındakı sürücüləri süzgəcindən keçirməli və sürücüləri seçərkən diqqətli olmalıdırlar.

Maraqlıdır ki, baş verən hadisə qalıb bir kənarda, bunlar iddia edirlər ki, İranın təhsil sistemində "cinsi tərbiyə" öyrətmək lazımdır və bu “tərbiyə” "seks tərbiyəsindən" fərqlənməlidir (?!).

“Əxlaq” adı altında əxlaqsızlıqla məşğul olan molla rejimi öz xalqına və hətta körpə uşaqlara belə rəhm etmir

Yeri gəlmişkən, qeyd edək ki, İranda bənzər olaylar yalnız məktəblərdə baş vermir, həm də dini hövzələrdə də həmin halların yaşanmasını əks etdirən faktlar olub. Özlərini “din adamları” kimi təqdim edən mollaların oğlanbazlıq əməllərini ifşa edən məlumatlar kifayət qədərdir.

Onu da qeyd edək ki, İranda həbslər və edamlar davam etdiyi bir vaxtda bəzi etirazçıların zindandan buraxıldıqdan sonra intihar etmə səbəblərini təcavüzlərlə əlaqələndirirlər. Göründüyü kimi, “əxlaq” adı altında əxlaqsızlıqla məşğul olan molla rejimi öz xalqına və hətta körpə uşaqlara belə rəhm etmir, azyaşlılara təcavüz edir. Molla rejiminin xalqda qorxu yaratmaq və xalq üsyanına son qoymaq üçün ölüm hökmündən və təcavüzlərdən istifadə etməsi daha da şiddətlənən etiraz aksiyaları fonunda davam edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə