Yeni qanun sağlam siyasi rəqabətə daha böyük şərait yaradır ŞƏRH
Siyasi sistemin vahidlik prinsipi və siyasi dialoq: Yeni siyasi konfiqurasiya sübut etdi ki, dialoq mahiyyət baxımından tərəfləri ortaq fikrə gətirən, məqsəd baxımından mövcud ideyanı müzakirə müstəvisinə çevirən prosesdir. Siyası dialoqun təkamülü müasirliyin çağırışı kimi dəyərləndirilməlidir. O, hədəfində demokratiyanın, fikir pülüralizminin, milli özünəməxsusluğun tərənnümünün kompleks analizini ifadə edir. Siyasi dialoq zərurəti ölkəmizin inkişafı naminə bir sıra xarakterik xüsusiyyətlərin reallığını önə çıxarmışdır. Ona görə də siyasi partiyalar haqqında qəbul edilmiş yeni Qanun bütün bu komponentlərin yeni reallıqların çağırışlarında əks olunması kimi müstəsna əhəmiyyətə malikdir. Təcrübə sübut edir ki, siyasi dialoq həm də ölkənin siyasi partiyalarının, siyasi təsisatlarının qarşıya qoyduğu məqsəd və vəzifələrinin ümummilli mənafe baxımından birləşmələri üçün çox mükəmməl vasitədir. İndi bu istiqamətdə Azərbaycanın təcrübəsi deməyə imkan verir ki, o milli irdənin gücünü müəyyən etmişdir.
Siyasi dialoq və milli irədənin tamlığı
Xalqın, dövlətin, xüsusilə dövlətçiliyin inkişafı üçün partyaların ortaq ideoloji istiqamətdə birləşmə təşəbbüsləri o zaman baş verir ki, onun legitim idarəciliyin və avanqard partiyanın milli gücü ifadə edən nəticələri olsun. Bu nəticələr cəmiyyət tərəfindən tam qəbul edilsin. Bu nöqtəni axtararkən məlum olur ki, partiyalararası siyasi dialoqu Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasından kənarda təsəvvür etmək mümkün deyil. Tam əsaslıdır ki, son onilliklərdə siyasi partiyaların qarşısına qoyduğu hədəflər Azərbaycanın inkişafı yolunda vahid milli iradənin tamlığını məhz bu kompleksdə tapıb. Siyasi dialoq zamanı siyasi partiyalar və birliklər diqqəti o hala yönəltməlidirlər ki, Azərbaycanın dövlətçilik konsepsiyasında irəli sürülən nəzəriyyə artıq praktik cəhətdən möhkəm strategiyanın effektivlik mərhələsini tətbiq edə bilib, daha böyük hədəflərə qadir olduğu kimi proqramı qarşıya qoyub. O, uzunmüddətli dövlətçilik ideologiyasında milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyətinin forma və metodlarını bir arada tətbiq edərək güclü sosial bazaya sahibdir. Nəticələr isə cəmiyyətimiz üçün tam aydın və şəffafdır.
İslahatlar konsepsiyasi sosial sifarişin təzahürüdür
Bütün bunlar göstərdi ki, Prezident İlham Əliyevin islahatlar konsepsiyasında xüsusi yer tutan - siyasi partiyalar arasında şəffaf və sağlam münasibətlərin tənzimlənməsinə yönələn təşəbbüslər yeni siyasi mühitin formalaşmasına yol açıb. Siyasi partiyaların dövlətçilik, demokratiya, vahid milli təəssübkeşliyin formalaşdırılması yolunda birliyə dəvəti davamlı inkişafın təmin edilməsi xətti kimi dəyərləndirilməlidir. Açıq etiraf edilməlidir ki, siyasi mühitdə ilk olaraq indiyədək heç bir siyasi qüvvənin iradəsi bu ümummilli istəyi ifadə edə bilməmişdir. Ona görə də hazırkı şəraitdə ümummilli istək bu siyasət üzərində dialoqun zəruriliyi kimi reallığı bərqərar etdi. Biz hesab edirik ki, siyasi partiyalarla parlament arasında dialoqun yeni reallıqlar əsasında formalaşması da bu əsaslardan qaynaqlanır.
Bu gün siyasi partiyalar öz qarşılarına qoyduqları vəzifələrədə bir reallığı qəbul edirlər ki, hətta ən kiçik partiyaların anlaşılmaz radikal istiqamətlərə yönəlməsi, ictimai mühitə və digər partiyalara bu əsasda təsir etmək istəkləri dialoq ücün qəbuledilməzdir, cəmiyyətdə mövcud sosial-siyasi düşüncələr sistemi də bunu qəbul etmir. Çünki cəmiyyətimizin bütün təbəqələri vahid milli təfəkkür üzərində cəmləşməni özü sosial sifariş olaraq tələb edir. Anlamaq çətin deyil ki, cəmiyyətimizin istəkləri əsaslıdır ona görə ki, indiyədək qarşıya qoyulan ideyalar artıq nəzəriyyədən reallığa çevrilmişdir. Bu da sosial sifarişin mövcud siyasətdə özünü tapmasının təsdiqidir.
Güclü lider-milli şüur və siyasi dialoq
Azərbaycan xalqının Vətən müharibəsi haqq ədalət müharibəsidir. Bu ümumxalq mübarizəsinin milli şüura böyük təsiri vardır. Tarixin məhz belə həlledici mərhələsi milli birlik ücün əvəzsiz fürsətlər yaradıb. Millətin malik olduğu potensialı üzə çıxarıb. Bu zaman siyasi partiyaların dövlətçilik ətrafında birləşməsi ilə aparılan siyasi dialoq ümumxalq qələbəsinin mühüm və vacib şərtidir. Hazirda tarixi şərait bizə imkan verib ki, güclü lider-güclü siyasi iradə və milli potensial bir arada dialoq həyata keçirsin. Ölkə başçısının siyasi iradəsi nəticəsində könüllü olaraq 50 siyasi partiyanın birləşməsi göstərdi ki, ölkədə bütün sahələrdə yeni dialoq mühiti formalaşıb. Doğrudur, bir və ya iki partiya bu fəlsəfənin mahiyyətini siyasi və dövlətçilik anlamında düzgün qiymətləndirə bilməyib. Bu istiqamətdə aparılan işlərin kökündə sosial təhlillər, analizlər, nəticələrlə şərtlənən nailiyyətlərin qəbul etdirilməsi ciddi məsələ kimi qarşıya qoyulmalıdır. Proses onların üzərinə çox mühüm məsuliyyət qoyur. Odur ki, yeni qəbul edilmiş Siyasi partiyalar haqqında Qanun əslində post müharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə sağlam siyasi rəqabətə çox böyük yol açır. Siyasi partiyaların ölkəmizin inkişafı naminə dialoq fəlsəfəsini prioritet olaraq qiymətləndirmələrinə şərait yaradır. Qanunda bu vəzifələrin həyata keçiriliməsi ücün dövlət dəstəyinin nəzərdə tutulması isə xüsusi önəm kəsb edir. Əslində, bu partiyaların xaricdən olan asılılığını və təhlükəli tendensiyaların qarşısını alınması üçün vacib şərtlərdən biridir. Bütün partiyalar isə qarşısına qoyduğu fəaliyyət proqramında bu imtiyazlardan sui-istifadə etməməlidirlər.
Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB