Gənclər və İdman Nazirliyi “Heydər Əliyev İli” ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi “Heydər Əliyev İli” ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarx hazırlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, videoçarxda Ümummilli Liderin Azərbaycanın müstəqilliyi qazanmasından və bunun əhəmiyyətindən bəhs edən fikirləri yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib.

Həmin videonu təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə