Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir ŞƏRH

Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir ŞƏRH

Son iki yüz ildə millətin səadəti yolunda çox qanlar tökülüb. Dünyada baş verən siyasi və iqtisadi burulğanlar içərisində vuruşuruq. Gözə görünməyən, özünü məharətlə gizlətməyə cəhd edən düşmənlər azadlığa gedən yolumuzda bizə hər vəclə mane olmağa çalışırlar. Bütün bunlara baxmayaraq daha xalqımızı öz istəyindən döndərmək mümkün deyil. Nə qədər ağır olsa da xalq azadlığın çətin yolunu keçəcək.

Dünyada ideoloji, siyasi mübarizələrin zəngin təcrübəsi var. Respublikamız bu təcrübələrdən, sağlam nəticə çıxararaq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi və onun birləşdirici ideologiyası ilə məqsədinə nail olacaq.
2023-cü ilin yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın.
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.
Mənzillərin verilməsi təcrübəsi davam edəcək. Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Əfsuslar olsun ki, Hindistan Ermənistana silah verməyə hazırlaşır. Bu qeyri-dost addım kimi qiymətləndirilməlidir. Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçündə. 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın. Anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.Ulu Öndər Heydər Əliyev Fransanın Minsk qrupunun həmsədr olmasına dəfələrlə etiraz edirdi. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik.Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb.BMT-yə bizim münasibətimiz bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə, Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar. "Məkrli düşmənlərimiz respublikamızı siyasi, iqtisadi və mənəvi cəhətdən parcalamaq istəklərini gizlətmirlər. Milli münaqişələrin qızışdırıcıları Qərbi Avropa dövlətləri və ABŞ siyasi münasibətlərdə ciddi çatları dərinləşdirərək istəklərinə nail olmağa çalışırlar. ABŞ və onun sələfləri Fransa kimi dövlətlər siyasi tarazlıqları pozmaqla, yeni toqquşma və iğtişaşlar yaratmaqla dünya xalqlarına iqtisadi çətinliklər, yeni mənəvi və sosial bəlalar əmələ gətirməkdə maraqlarını gizlətmirlər. Dünyada baş verən iqtisadi böhranda və qarşıdurmada onların marağlı olduğunu da artıq açıq-aydın bildirirlər. Saxta siyasətçilərin dövranı başa çatandan sonra tarixin ittihamı başlayır. Xalqların və insanların müstəqillik və azadlıq arzularını məhv etməyə çalışan qüvvələrin də ittihamına az alıb. Respublikada aparılan islahatlar və son illərin təcrübəsi göstərir ki, hadisələr nəinki qabaqlanır, əvvəlcədən təhlil edilir, eyni zamanda azad cəmiyyət quruculuğunda sözlə işin vəhdəti inkişaf etdirilir, vətəndaşlar buna inanırlar. İndi butün sahələrdə əlaqələndirmə, birgə əməkdaşlıq vacibdir, onsuz inkişaf yoxdur. Artıq həyat ümumsivilizasiya tələblərinə cavab verməyən hər şeyin kökündən dəyişdirilməsini tələb edir. Müasir dünyada iqtisadi əlaqələrsiz və elmi-texniki mübadilələr olmadan keçinmək mümkün deyil. Yalnız bütün dünya ölkələri və xalqları ilə hərtərəfli, geniş əlaqələr yaratmaqla müasir sivilizasiyaya çatmaq, münasibətləri humanistləşdirmək olar. Biz erməni vəhşilərinin 30 il ərzində işğal altında qalan torpaqlarımızda törətdikləri vandalizm və dağıntıların nəticələrini aradan qaldırmalıyıq. Bunun üçün biz əvvəlkindən daha sağlam və daha güclü olmalıyıq. Bizim gücümüz isə yalnız birliyimizdə və həmrəyliyimizdədir.

Hacı Hacıyev
Azərbaycan Kommunisr Partiyası
MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə