Lerikdə şəhid Valeh İbrahimovun məzarı ziyarət olunub FOTOLAR

Lerikdə şəhid Valeh İbrahimovun məzarı ziyarət olunub FOTOLAR

Bu gün 1-ci Qarabağ müharibəsi şəhidi İbrahimov Valeh Allahyar oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub. Anım günü münasibətlə YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, Şəhid Valeh İbrahimov 04 oktyabr 1973-ci ildə Lerik rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xitmətə çağrılaraq Qarabağ cəbhəsinə yola salınıb. Qarabağ döyüşlərində bir çox uğurlu əməliyyatlarda iştirak edərək qəhrəmanlıqlar göstərir. Döyüş meydanını düşmən üçün cəhənnəmə çevirən Valeh İbrahimov 12 yanvar 1994-cü ildə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Lerik rayon İnteqrasiya təlimli İnternat tipli Gimnaziya şəhid Valeh İbrahimovun adı verilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə