“Azərbaycan öz iradəsini və mövqeyini davam etdirməlidir” - EKSPERT ŞƏRH ETDİ
“1980-ci illərdən başlayan Qarabağ münaqişəsinə nəzər salsaq Avropanın, Amerikanın, xüsusilə də Fransanın münaqişənin başlanmasında, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin həyata keçirilməsində xüsusi rolu olub. Bu xüsusi rol birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, azadlığına qarşı yönəlib. Ermənistanın isə güclənməsinə xidmət edib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, hələ 1987-ci ildə Fransa “Qarabağ Ermənistana birləşdirilməlidir” şüarı ilə keçirilən tədbirdə erməni ictimai-siyasi xadimlərinin səsləndirdiyi fikirlər Xankəndidə aksiyaların başlanmasına, İrəvanda bu aksiyaların dəstəklənməsinə, sonradan isə silahlı münaqişənin formalaşmasına gətirib çıxardı:
“İşğal prosesində azərbaycanlılara qarşı müxtəlif qətliamlar, soyqrımlar törədildi. Çox təəssüf ki, ötən bu illər ərzində Azərbaycana qarşı törədilən ədalətsizlik, işğal faktı məsələlərə reaksiya verilmədi. Əksinə, hər bir addımda Ermənistanın mövqeyi dəstəkləndi.
30 ildir Ermənistanı dəstəkləyən Fransa bu gün də fəaliyyətinə davam edir. Hətta Azərbaycanı ittiham etməyə çalışır. Azərbaycan hər şeyə rəğmən bu məsələlərdə öz iradəsini, mövqeyini davam etdirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB