“Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu” - FOTOLAR
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunması münasibətilə Ağdam rayonunda “Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu” mövzusunda tədbir keçirilimişdir. 10 yanvar 2023-cü il tarixdə "Heydər Əliyev ili" çərçivəsində Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyevin hər zaman fəxrlə yad ediləcəyi, qürur hissi ilə xatırlanacağını vurğulayaraq, Ulu öndərin fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərdiyindən geniş şəkildə bəhs etmişlər.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB