Vüqar Rəhimzadə: “Səs” qəzeti 32 illik müstəqilliyimizin yazılı arxividir - TƏBRİK
“Səs” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan qəzetdir. Bu qəzet Azərbaycanın ən çətin dövründə yaranıb, hansı ki, dövlətimizin özünün taleyi sual altında idi. “Səs” qəzeti öz cəsarətli sözü ilə, öz qələmi ilə o çətin anları yaşadı və tarixə yazdı. Müstəqil mətbuatımızın ilk nümunələrindən biri olan “Səs” qəzetinin kollektivi mətin və mərdanə şəkildə o çətin tarixi dövrdə öz sözünü dedi. Bizim “İki Sahil qəzeti” ondan bir neçə ay sonra fəaliyyətə başladı və yadımızdadır ki, “Səs” çox ağır şəraitdə öz prinsiplərini müdafiə etdi və öz adını tarixə yazdırdı. Bu qəzet Azərbaycan xalqı naminə, Azərbaycan dövləti naminə o siyasi proseslərdən şərəflə keçərək şərəfli tarixi yaşayıb və bu günkü günə gəlib çatıb. Ulu öndərimizin təzyiqlərə, böhtanlara məruz qaldığı vaxtlarda “Səs” qəzeti onun səsini xalqa çatdırdı və ümumilli liderlə xalq arasında bağ rolunu oynadı.
Eyni zamanda, “Səs” qəzeti Yeni Azərbaycan partiyasının yaranmasında, təşkilatlanmasında, ideoloji işin həyata keçirilməsində böyük rol oynadı. Qəzet dövlətçiliyin təbliğində, xaqlın səsinin çatdırılmasında həmişə fəal olub, haqq-ədalətin çarçısına çevrilib. Bu gün də “Səs” qəzeti dönməz şəkildə bu prinsiplərə, bu ideologiyaya sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir. Müstəqillik tariximizlə yaşıd olan bu qəzet 32 ilin tarixini öz səhifələrində, öz arxivində yaşadır. Getdikcə müasirləşən, inkişaf edən, əhatə dairəsini genişləndirən bu media orqanı bu gün də öz oxucularını qoruyub saxlayır.
Mən “İki Sahil” qəzetinin kollektivi adından “Səs” qəzetinin bütün kollektivini- başda baş redaktor Bəhruz Quliyev olmaqla- təbrik edir, qəzetinizə uğurlar arzulayıram, əminəm ki, nə qədər ki Azərbaycan xalqı var, Azərbaycan dövləti var bu qəzet də var olacaq.
32 yaşınız mübarək əziz “Səs”çilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB