“ İran və Azərbaycan münasibətləri 2020-ci ilin sonlarından Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra yaratdığı reallıqlar fonunda daha açıq və qabarıq şəkildə özünü göstərməyə başladı”. Bu sözləri SİA- ya açıqlamasında Politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi və bir çox havadarlarının köməyi ilə işğal müddətini uzatmağa çalışan Ermənistanın məğlub edilməsi və işğalçı siyasətinin aradan qaldırılması, eyni zamanda 130 kilometrlik nəzarətsiz qalan Azərbaycan İran sərhədini Azərbaycan sərhəd qoşunlarının nəzarətə alması, işğal dövründə Qarabağdakı münbit ərazilərdən narkotik plantasiyaların Ermənistan seperatçı qüvvələri ilə birgə istifadəsinin qarşısının alınması, Qarabağ ərazisindən keçən qanunsuz narkotik trafikinin dayandırılması İran üçün çox ciddi siyasi, iqtisadi, maliyyə cəhətdən pis nəticələr doğurmuş oldu.
Bu həm də İran üçün çox ciddi təhlükə kimi qiymətləndirildi. Çünki İran hələ Azərbaycan müstəqillik elan etdiyi ilk dövrlərdən Azərbaycana qarşı əks kompaniya aparmağa başladı. Eyni zamanda Azərbaycanın müstəqilliyin dağıdılması və parçalanması, məhv edilməsi üçün müxtəlif səylər göstərməyə çalışırdılar. İran hesab edir ki, güclü Azərbaycan böyük bir hissəsini əhatə edən cənub ərazilərində milli azadlıq hərəkatının güclənməsinə İranın parçalanmasına və Azərbaycanın əvvəlki cənub torpaqlarının yenidən birləşməsinə gətirib çıxara bilər.
İran buna görə bütün mümkün variantlardan istifadə etməklə Azərbaycanın müstəqil inkişafının qarşısını almağa çalışır və davamlı şəkildə Azərbaycana problemlər yaratmaq niyyətindədir. Birinci Vətən müharibəsi dönəmində İranın dəstəyi ilə Ermənistan separatçılarının ərazilərimizi necə işğal etdiyini və atəşkəs dönəmində İranın Qarabağdakı separatçı qüvvələrin ayaqda saxlamaq üçün etdiyi yardımları xatırlayırıq”.
Politoloq Anar Əliyev sözlərinə əlavə edərək bildirib ki, eyni zamanda din pərdəsi altında Azərbaycanın daxili işlərinə müdaxilə etmək və digər qonşu dovlətlərdə olduğu kimi özünün saxta İslam və şiə adı altında molla rejminin maraqlarına xidmət edən qruplar formalaşdırmaq və həmən maraq qrupları vasitəsilə Azərbaycan dövlətinin siyasətinə təsir etmək və onu yönləndirməyə çalışıb: “Terrorçu qruplar formalaşdırmaq və Azərbaycan daxilində müxtəlif terror hadisələri törətməklə Azərbaycanın başını qatmaq və regional gücə çevrilməsinin qarşısını almağa çalışıb. Hesab edirəm ki, 44 günlük vətən müharibəsindən sonra İranın aqressivliyi daha da artdı. Çünki, Azərbaycan işğal faktorunu aradan qaldırmaqla yanaşı bölgədə böyük gücə və söz sahibinə çevrilmiş oldu. Cənubi Qafqazda Azərbaycanın maraqlarını və iradəsini nəzərə almadan hər hansı bir fəaliyyət həyata keçirmək mümkün deyil.Bunu artıq İran və Avropa dövlətləri kimi bölgədə maraqları olan güclər də gördü və qəbul etdi. Bu heç də İranın və Molla rejminin maraqlarına uyğun deyildi. Bunları nəzərə alaraq İranın cinayətkar molla rejimi Azərbaycana qarşı açıq kompaniya və təbliğata başladı. Azərbaycanda qanuni legitim dövlət strukturlarını nüfuzdan salmaq və onlara qarşı öz ideologiyalarının təsiri altında olan qruplar vasitəsilə xalq etirazlarını formalaşdırmağa çalışırdılar. İran Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışıb.
Son dövrlər İran daxilində baş verən hadisələr xalq ixtişaşları və molla rejminin öz vətəndaşlarına törətdiyi cinayətlər göstərir ki, İran vətəndaşlarıda bu terrorist davranışlardan bezibdir. Ciddi sosial- iqtisadi , siyasi böhranlar içərisində olan İran cəmiyyəti milyardlarla vəsaitini qonşu dövlətlərin ərazisində terrorçu qrupların saxlanılmasına sərf edilməsini qəbul etmək istəmir. İran cəmiyyəti azadlıq və demokratiya istəyir. İran böyük xalqların həbsxanasına çevrilibdir. İran cəmiyyəti müasir hüquqların təmin olunduğu dövlət arzulayır. Xalq bu istiqamətdə öz ehtirazını bildirir”.
Anar Əliyev son olaraq qeyd edib: “Çox təəssüf ki, İranın cinayətkar molla rejimi bu gün öz xalqına qarşı növbəti cinayətlərini törədir. Bu azmış kimi Cənubi Azərbaycan bölgəsində yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına qarşı Şimali Azərbaycanda yaşayan soydaşlarımızın reaksiyasını və tələblərini İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər. Buna görə Azərbaycana təhdidlərə səsləndirilər. İran rəsmiləri sərsəm, mənasız bəyanatlar səsləndirirlər. İran rəsmiləri etdikləri səhvləri düzəltmək əvəzinə eyni riitorikanı davam etdirərək Ermənistanla münasibətləri inkişaf etdirmək xətti tuturlar. İran özünü İslam qaydalarına riayət edən bir dövlət adlandırsa da, İslamiyyətə uyğun olmayan davranışlar sərgiləyir. Hətta, məscidləri təhqir edən , məscidlərimizdə donuz və mal-qara saxlayan və minlərlə müsəlmanı qətlə yetirən Ermənistanı özünə qardaş seçib. Mehridə İran konsulluğu açaraq gülünc hədəfə çevrilmişdir. İran hesab edir di ki, bu vasitə ilə Azərbaycanın geri çəkilməsinə nail olacaq. Amma Azərbaycana qarşı atılan addımlar və İranın sərgilədiyi Ermənistan sevdası İranının daxilində vəziyyəti daha da gərginləşdirməyə və molla rejminin süqutuna gətirib çıxaracaqdır. İran siyasiləri törətdikləri cinayətlərə görə xalq qarşısında cavab verəcək. İranın yegənə xilas yolu gec olmadan qonşu dövlətlərdən və Azərbaycandan üzr istəməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB