Şəhid Rzayev Hacırza Fikrət oğlunun xatirəsi ehtiramla yad olunub FOTOLAR
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur
mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim
yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca
tutur. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən
Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək
həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi
Rzayev Hacırza Fikrət oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon
təşkilatının sədrinin, rayon ictimaiyyətinin, partiya fəallarının və şəhidin
ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət
oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad
etdilər, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını
bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB