REGİONUN GÜC VƏ SÖZ SAHİBİ – Azərbaycan Prezidenti diktə edən tərəfdir ŞƏRH
“Haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar”. Bu, həqiqətən də belədir. Bu gün hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Prezident İlham Əliyev dediyi «Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur» fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsi zamanda göründü. Bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirirdi. 30 il arzusunda olduğumuz Qarabağ yanğısını, qələbəsinin həsrətini çəkirdik. Bu həsrətə 8 noyabr, 2020-ci il Şuşanın, 20 noyabr Ağdamımızın, 25 noyabr Kəlbəcərimizin işğaldan, sonra Laçınımızın və onun ardınca digər torpaqlarımızın işğaldan azad olunduğu tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, Rəşadətli əsgər və zabitlərimiz bəxş etməkdədir. Yaşa Prezidentimiz! Yaşa Güclü Ordumuz! Yaşa Rəşadətli əsgər və zabitlərimiz!.
30 İL QƏLƏBƏ HƏSRƏTİNƏ SON QOYULAN - 10 NOYABR TARİXİ
Bu gün Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 30 il Qələbə həsrətinə 10 noyabrda son qouldu və bu tarixi yaşadı - Tarixi sənəd imzalandı - Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Ali Baş Komandanımız yenə də xalqına tarixdə ən böyük Qələbəni - Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdığı müjdəsini xalqımıza, bütün dünyaya çatdırdı. Bildirdi ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə, həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq. Bir sözlə, artıq Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Vəssalam, nida! başqa yol yoxdur!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratması yoludur. Və dövlət başçımız İlham Əliyev 19 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 8 noyabr-10 noyabr tarixi günün sabahı da əvvəlki sabahlardan fərqli oldu. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirirdi ki, “qan tökülmədən torpaqlarımızdan çıxın, bizim başqasının torpağında gözümüz yoxdur”,- dedi. Ancaq işğalçı, rəzil, mənəviyyatsız və terrorçu düşmən dövlət Ermənistan anlamadı. Dövlət başçımız dəfələrplə “düz yola gəl” dedi, yenə də qanmadı. Belə olan halda, Ali Baş Komandanımızın dediyi kimi “Çünki düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!” Və qırdıq da!
AYAĞI SAYALI ŞUŞA….
8 noyabrda Şuşamızın azad olması müjdəsini verən Prezident, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın azad olunduğunu və üçrəngli Dövlət Bayrağımızın dalğalandığını dedi. Şuşanın ayağı sayalı oldu. 9 noyabr qürurumuz, məsləyimiz, mənliyimiz olan Bayraq Günü zamanı 71 kəndlərin, 1 qəsəbə və 8 yüksəkliyin azad oluması, 10 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşdə yenə də Ermənistanın baş nazirinin iştirak etməməsi bir daha terrorçu dövlətin xislətinin sübutudur. Lakin buna baxmayaraq, 3 ölkənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatı şanlı qələbəmizdir. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də söyləyib: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Bəli, “Qarabağ Azərbaycandır və nida” şüarı qələbəmizin rəmzinə çevrildi. Azərbaycan Prezidenti xalqa müraciətində də bir daha onu vurğuladı ki, bu ifadə Qələbə rəmzinə çevrilib: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” Göründüyü kimi, cəmi 40 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 40 gün müddətində terrorçu Ermənistanın “status-kvo”nu ürəyində qalsın. Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimiz, həmçinin xalqımızla qürur duyuruq. Bütün bunlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın BİRLİYİ, Həmrəyliyi nəticəsində əldə edəcəyik. Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: «Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”.
QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ: TARİXİ ƏDALƏT İKİNCİ DƏFƏ BƏRPA OLUNUR
Hər ilimiz uğurlu olduğu kimi, qələbəmizin ikinci ilinin - geridə qoyduğumuz 2022-ci ilin ən yaddaqalan hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə - dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup üzvləri ilə görüşü oldu. Dövlət başçımız Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb: «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” ifadəsi sayıla bilər. Məhz bu fikirlər Ermənistanda böyük narahatçılıq yaratmaqla yanaşı, azərbaycanlıların Qərbi Azərbaycan arzularının reallaşacağı günün heç də uzaqda olmadığını sübuta yetirdi».
Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, "2023-cü il Heydər Əliyev ili" də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.
Bir sözlə, bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü ildə də yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB