"2023-cü ildə böyük dünya müharibəsinin olması gözlənilmir" -HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

"2023-cü ildə böyük dünya müharibəsinin olması gözlənilmir" -HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

"2023-cü ildə böyük dünya müharibəsinin olması gözlənilmir. Ancaq bilirik ki, uzun müddətdir ki, həm Rusiya-Ukrayna müharibəsi, həm də digər ölkələr arasında olan münaqişələr davam edir. Bəzi ekspertlər bunu hətta 3-cü dünya müharibəsi kimi də adlandırırlar". Bu sözləri SİA-ya açıqlamasınmda hərbi ekspert Emil Həsənli deyib.

Onun sözlərinə görə, Suriyada və İraqda, ardınca Rusiya və Ukrayna müharibəsi bölgədə müharibə ocaqları çox təəssüflər olsun ki, hələd var və müharibə hələ də davam edir. Böyük dövlətlərdə bu müharibələrə dəstək verməklə öz maraqlarını daim güdürlər və bu müharibələrin dayandırılmasına heç bir səy göstərmirlər. Böyük dövlətlər bu müharibələrin olmasının nəticəsi olaraq istehsal etdikləri müassir silahları həmin dövlətlərə satır və onların bir növ test edirlər. Onlar üçün minlərlə, yüzlərlə insanın həyatlarının məhv olması heç də maraqlı deyil. Çox təəssüflər olsun ki, əvvəl olan müharbələri də nəzərə alarsaq dünyada bir çox insan müharibə nəticəsində ya yaralanmışdır, yada öldürülmüşdür. Lakin böyük dövlətlərin öz maraqları var, onların iqtisadi, siyasi və hərbi maraqları insan həyatındanda çox önəmlidir. O dövlətlər günü-gündən silah istehsalını artırılar, hərbi büdcələrini artırılar. Yeni nəsil silahlar istehsal olunmağa hələdə davam edilir. Bunlar onu göstərir ki, hələ də təəssüflər olsun ki, dünyada müharibələr davam edəcək, sülh çağırışları isə uzun illər reallaşa bilməyəcək".

Hərbi ekspert fikrlərinə davam edərək bildirdi ki, "Rusiya-Ukrayna müharibəsinə gəldikdə, bu gərginlik və döyüşlər bu ildə davam edəcək". Rusiyanın qoyduğu şərtlər nə vaxta kimi Ukraynanı, Ukraynanın qoyduğu şərtlərdə Rusiyanı qane etməyəcək və tərəflər arasında razılıq olmayacaq o zaman bu müharibə uzun illər davam edəcək. Rusiyanın Ukraynaya qoyduğu şərt isə odur ki, onun qərar verdiyi qondarma rejimi Ukrayna tanımalıdır və NATO-ya daxil olmaq fikrindəndə əl çəkməlidir. Ukraynanın isə Rusiya qouduğu şərt isə Krım daxil olmaqla bütün işğal olunmuş torpaqlarını geri qaytarılması və müharibəyə son qoymasıdır. Ümumiyyətlə bir daha qeyd etmək istəyirəm, nə qədər ki, hər iki tərəf qarşılıqlı masaya oturaraq razılaşacaq və sülh imzalanacaq o zaman müharibəyə son qoyulacaq. Bunu isə bizə zaman göstərəcək, ümid edirəm ki, yaxın bir zamanda bu müharibə də sona çatar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə