"Ermənistan XİN rəhbəri bu məsələdə haqsız tərəfdir" - TÜRKİYƏLİ SİYASI EKSPERT AÇIQLADI
"Ermənistan XİN nazirinin bəyanatı söhbəti tamamilə əsassızdır. Məsələ ilə bağlı bunu düşünmək lazımdır ki, hələ bunlar 2020-ci il noyabr sazişinin heç bir şərtlərini yerinə yetirməyib. Buna Ermənistan maneəçilik edib". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli siyasi ekspert Kerim Askeri deyib.
Onun sözlərinə görə, halbuki sazişdən sonra Azərbaycan öz xoş niyyətini göstərərək, icazə verib ki, xüsusilə Xankəndidəki ermənilərin Ermənistanla olan əlaqələri kəsilməsin: "İndi də bugünkü etirazların səbəbi insani və mühit ilə əlaqəlidir.
30 ildir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. İşğal bölgələrində hələ də minalar tamamilə təmizlənməyib. Ərazilərin durumu hələ də ciddi şəkildə ağırdır. Kənd təsərrüfatı da hələ hazır deyil. İki ildən çoxdur ki, Azərbaycan öz torpaqlarını azad etsə də, hələ də oradakı problemlər bitməyib".
Kerim Askeri sözlərinə belə davam edib: "Bütün olanlara rəğmən Azərbaycandakı etirazçılar, xüsusilə, Qarabağdakı ermənilərlə bağlı insani və humanitar yardımlara maneəçilik törətməyiblər. Ermənistan XİN naziri bu məsələdə haqsız tərəfdir. Hələ onlar noyabr sazişi ilə bağlı ciddi addım atmayıblar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB