Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik bayramı, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Аzərbaycan öz torpaqlarını işğaldan azad edərək bütün dünyaya öz birliyinin dəmir yumruq kimi sıx olduğunu əyani şəkildə isbat etdi. Bəli, bu gün artıq biz qalib ordunun qalib xalqıyıq. Artıq qalibiyyətimizin iki ilini arxada qoyaraq irəliyə doğru böyük sıçrayışla davam etməkdəyik. Dünya Azərbaycanlıların həmrəyliyi sayəsində biz həm hərb və həmçinin siyasi və eyni zamanda KİV-də düşmənə sarsıdıcı zərbələr endirərək öz güzümü göstərdik. Günümüzdə Azərbaycan tərəf, işğaldan torpaqlarımızı azad etdiyi andan etibarən orada ilk öncə minatəmizləmə işlərinə başlayaraq öz əbədi yurdlarımızı saflaşdırdı, orada bərpa-quruculuq və yenidən qurma işlərinə sürətli şəkildə başlanmışdır. Geridə qalan son iki ildə işğaldan azad olunmuş ərazilərdə hava limanlarının tikilib və istifadəyə verilməsi təqdirəlayiq bir addımdır. Bu hava limanlarının birinin Füzulidə biri Zəngilanda birinin isə Laçında olması gələcəkdə millətimizin qeyd olunan ərazilərlə əlaqə üçün nəqliyyat sferasının yaxşılaşdırılmasına dairdir. Biz inanırıq ki, yaxın gələcəkdə Cənab Prezidentin uğurlu siyasəti sayəsində Zəngilanın Ağalı kəndi kimi ağıllı kəndlər 2023-cü ildə Laçın rayonun kəndlərində tətbiq olunacaqlar. Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB