Şimali Kipr ilə 5 türk dövlətinin parlamentləri arasında dostluq qrupu yaradılıb

Şimali Kipr ilə 5 türk dövlətinin parlamentləri arasında dostluq qrupu yaradılıb

ŞKTC Cümhuriyyəti Məclisində Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan məclisləri ilə dostluq qruplarının yaradılması təklifi yekdilliklə qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Cümhuriyyət Məclisinin Baş Assambleyasında ŞKTC ilə Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının yaradılması təklifi səsə qoyulub. Təklif yekdilliklə qəbul edilib. Qərarın qəbulu ilə Respublika Məclisində 5 yeni dostluq qrupu yaradılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə